«YARAT!» Müasir
İncəsənət Məkanı «Future
Shorts» qısametrajlı filmlər festivalının 2013-cü ilin yaz
mövsümünün açıldığını
bildirir və festivalın 10 illik yubileyini qeyd edir
"YARAT!" Müasir İncəsənət Məkanı dərin iftixar hissi ilə
"Future Shorts" qısametrajlı filmlər festivalının
2013-cü ilin yaz mövsümünün açıldığını
bildirir və festivalın 10 illik yubileyini qeyd edir.
Dünyanın ən nəhəng
kino bayramında 90 ölkə, 325 şəhər,
6 qitə təmsil olunur və festival zamanı 1700 nümayiş
keçirilir.
"YARAT!" Müasir İncəsənət
Məkanından AzərTAc-a
bildirmişlər ki, artıq 10 ildir dünyanın ən möhtəşəm məkanlarında
heyrətamiz qısametrajlı
filmləri nümayiş
etdirməklə və
istedadlı rejissorları
dünyaya təqdim etməklə "Future Shorts" festivalı dünyanın
hər bir guşəsindən, Finlandiyadan
tutmuş Meksikayadək,
Monqolustandan Qazaxıstanadək
müvəffəqiyyətlə tamaşaçı auditoriyasını
cəlb etmişdir.
"Future Shorts" qısametrajlı
filmlər festivalı
40 min qısametrajlı film həvəskarları qarşısında
hər il
nümayiş olunur. Festival rəhbərliyi heç də bu nailiyyətlərlə kifayətlənmək niyyətində
deyildir.
Son on ilin təcrübəsi ilə bağlı fikirlərini bölüşən
"Future Shorts" festivalının təsisçisi və direktoru Fabyen Riqal qeyd etmişdir ki, biz əvvəlcə qısametrajlı
film rejissorları və
qısametrajlı film həvəskarları
üçün vahid
platforma yaratmaq niyyətindəydik, lakin
"Future Shorts" festivalı mövsümdən-mövsümə populyarlaşan möhtəşəm
film tədbirinə çevrilmişdir.
Biz "Future Shorts" festivalının
özəyini təşkil
edən və sıraları getdikcə böyüyən, nümayişlə
bağlı tərəfdaşlarımızla
işləməkdən çox
məmnunuq. Bu, sevgi, ehtiras, iddia və mütərəqqi
yaradıcı qüvvənin
təsiri ilə alovlanan bənzərsiz bir hərəkatdır.
Biz növbəti 10 ildə daha böyük yeniliklər gözləyirik.
Festivalın 2012-2013-cü il qış
mövsümü çərçivəsində
sualtı qayıq, snoubord kurortları, rəsm qalereyaları, dondurma kafeləri, restoranlar, sərgi salonları və barlar kimi müxtəlif
məkanlarda 25 mindən
artıq nümayiş
təşkil olunmuşdur.
Qazaxıstanda keçirilən
nümayiş zamanı
bir cəsarətli tamaşaçı festivalda
"Future Shorts-Future Love" adlı öz qısametrajlı filminin nümayiş olunmasını təklif etmişdir.
Festivalın 2013-cü il yaz
mövsümü çərçivəsində
- aprel-may aylarında qüssə və kədər, sevinc və yaşam yaddaşı, əziz xatirələrdən uzaqlaşma
hisslərini təsvir
edən 6 qısametrajlı
filmin nümayişi nəzərdə tutulmuşdur.
Bu mövsümdə "Future Shorts" festivalının proqramında
maraqlı filmlər öz əksini tapmışdır. Festivalda
rejissor Qreyncer Deyvidin çəkdiyi və "The south by southwest" film festivalının münsiflər
heyətinin mükafatı
ilə təltif olunan "Kreslo" filmi (qəfildən qısamüddətli hücum
edən və qarşısıalınmaz düşmənlə
mübarizə aparan kiçik şəhərin
həyatına baxış,
ABŞ, 2012-ci il), rejissor
Qjeqoş Zariçnının
"Fit" filmi (futbol
liqasının aşağı
divizionunda hakim kimi çalışan insanın
xəyalları və
ümidi təsvir olunmuşdur, Polşa,
2012-ci il) nümayiş
olunacaqdır. Eləcə
də rejissor Kanmin Kimin ərsəyə
gətirdiyi, ata və oğul arasında münasibətləri
əks etdirən
"38-39°C" cizgi
filmi (ABŞ/ Koreya Respublikasının birgə
istehsalı, 2011-ci il);
Kann festivalının
münsiflər mükafatı
ilə təltif olunan, rejissor Frida Kempfin çəkdiyi
"Mikki Beyder" filmi (yüz yaşlı Mikkinin gündəlik hamamda çimmək tarixçəsi
nəql olunur, İsveç/Danimarka,
2009-cu il); rejissor Quto Parentenin "Deyirlər ki, itlər sərsəmləyir"
filmi (Braziliya, 2012-ci il) və nəhayət,
2013-cü ildə Sandens
Festivalında "ABŞ bədii
filmlər" kateqoriyasının
qalibi, rejissor Demyen Çeyzelin "Şok" filmi (ABŞ,
2012-ci il) kinosevərlər
üçün maraqlı
olacaqdır.
Bakıda
filmlərin nümayişi iyunun 21-də "Park Cinema"da
saat 19:00 və 21:00-da, iyunun 22-də "Metro Park"da saat
19:00 və 21:00-da reallaşacaqdır.
Azərbaycan.-2013.- 12
iyun.- S.12.